Çexiya Avropa İttifaqı sərhədlərinin möhkəmləndirilməsini dəstəkləyib

Çexiya Avropa İttifaqı sərhədlərinin möhkəmləndirilməsini dəstəkləyib
# 08 yanvar 2016 19:55 (UTC +04:00)

Bakı-APA. Çexiya Avropa İttifaqı sərhədlərinin möhkəmləndirilməsi istiqamətində atılan bütün addımları dəstəkləməyə hazırdır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Çexiyanın baş naziri Boquslav Sobotka özünün “Tvitter” səhifəsində yazıb.

“Çexiya Avropa İttifaqı sərhədlərinin möhkəmləndirilməsinin tərəfdarıdır. Həmçinin Aİ-nın növbədənkənar sammitinin keçirilmə təşəbbüsünü dəstəkləyir”, baş nazir vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Slovakiyanın baş naziri Robert Fitso dekabrın 31-də Almaniyanın Köln şəhərində yaşanan insidentlərlə əlaqədar Avropa İttifaqının növbədənkənar sammitinin keçirilməsinə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR