Sergey Lebedev: "MDB ölkələri terror təhlükəsinə qarşı mübarizədə səyləri gücləndirəcək"

Sergey Lebedev: "MDB ölkələri terror təhlükəsinə qarşı mübarizədə səyləri gücləndirəcək"
# 19 yanvar 2016 11:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “MDB ölkələri terror təhlükəsinə qarşı mübarizədə səyləri gücləndirəcəklər”.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib. O bildirib ki, beynəlxalq terrorizm təhlükəsiz hələ də qalır: “Hər gün Yaxın Şərq və Avropada terror aktları baş verir və bunlar insan ölümü ilə nəticələnir. MDB daxilində bu il üzv ölkələrin xüsusi xidmət orqanları, güc strukturları rəhbərlərinin bir sıra görüşləri planlaşdırılıb. Yanvarın 20-də İcraiyyə Komitəsində ekspertlər “Birlik ölkələrinin 2017-2019-cu illərdə terrorizm və digər zorakı ekstremist hərəkətlərə qarşı mübarizəsinə dair əməkdaşlıq proqramı” razılaşdıracaq. Bu proqramın qəbulu terrorizmlə mübarizə sahəsindəki vəziyyətin dəyişməsi baxımından vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR