Moskvadakı yanğında ölənlərin hamısı qırğızlardır

Moskvadakı yanğında ölənlərin hamısı qırğızlardır
# 27 avqust 2016 11:30 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva şəhərində baş verən yanğında ölənlərin vətəndaşlığı bəlli olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, onların hamısı Qırğızıstan vətəndaşlarıdır.

Xatırladaq ki, yanğın paytaxtın Altufyevo şossesi-5 ünvanında yerləşən “Peçatnıy ekspress” mətbəəsinin anbarında baş verib. Ölənlər həmin anbarda işləyən və yaşayan miqrantlardır. Yanğın onlar yuxuda olarkən başlayıb və miqrantlar tüstüdən boğulublar.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi yanğın nəticəsində 17 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə xəsarət aldığını bildirib.


Rusiya İstintaq Komitəsində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR