Milli Məclisdə DQMV-nin bərpa olunması təklif edilib

Milli Məclisdə DQMV-nin bərpa olunması təklif edilib
# 01 fevral 2016 09:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olunması təklifi irəli sürülüb.

APA-nın məlumatına görə, bu təkliflə deputat Zahid Oruc çıxış edib. O bildirib ki, 1990-cı illərdə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayəti adının bərpası hüququ həmin ərazinin sahibi kimi Azərbaycana məxsusdur.

Deputat işğal altında olan rayonların adlarının şadlıq saraylarına qoyulmasına da etiraz edib: “Şuşanın adını əyləncə, toyxana mərkəzinə qoyuruq. O rayonlar bizim işğal olunmuş bölgələrimizdir. Belə hallar yığışdırılmaldır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR