Mişel Vuazen:"Referendum gələcək üçün atılmış böyük demokratik addımdır"

Mişel Vuazen:"Referendum gələcək üçün atılmış böyük demokratik addımdır"
# 26 sentyabr 2016 12:35 (UTC +04:00)

Bakı - APA. "Referendum gələcək üçün atılmış böyük demokratik addımdır”.

Bu sözləri APA-ya açıqlamasında Fransa parlamentinin deputatı Mişel Vuazen deyib. O, Azərbaycanda seçki prosesini artıq bir neçə dəfə müşahidə etdiyini bildirib: “Mən artıq hər dəfə müşahidələrimin sonunda belə bir qənaətə gəlirəm ki, seçkilərin keçirilməsinin keyfiyyəti artır. Referendumda 29 bənd var. Bu, seçiciyə “hə” və ya “yox” demək imkanı verir. Bu, həm icraedici, həm də qanunverici hakimiyyətə imkan verəcək ki, seçicilərin iradəsini həyata keçirsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR