Avropa çempionatına yollanan millimizin heyəti açıqlanıb

Avropa çempionatına yollanan millimizin heyəti açıqlanıb
# 22 fevral 2016 08:32 (UTC +04:00)

Bakı – APA. Fevralın 27-də Çexiyanın paytaxtı Praqada kişi cüdoçular arasında açıq Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Komandamızın baş məşqçisi Peter Zayzenbaher Praqada əsasən gənc cüdoçulara şans verəcək. O, turnirdə Mehman Sadıqov, Davud Məmmədsoy, Sadiq Məhərrəmov (hər üçü 60 kq), İlkin Babazadə, Rəşad Rufullayev, Turan Seyidov (hər üçü 66 kq), Afiq Səfərli, Ziya Namazov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq) və Uşanqi Kokaurini (+100 kq) sınayacağını açıqlayıb. Bu cüdoçulardan 90 kq və +100 kq çəki dərəcələrində mübarizə aparacaq idmançılar əsas heyət üzvü hesab olunur.

Qeyd edək ki, turnirə ümumilikdə 59 ölkədən 315 cüdoçu qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR