Sabah Bakıda sulu qar, rayonlarda qar yağacaq, bəzi yerlərdə intensiv olacaq

Sabah Bakıda sulu qar, rayonlarda qar yağacaq, bəzi yerlərdə intensiv olacaq
# 07 fevral 2016 12:48 (UTC +04:00)

Bakı - APA. Fevralın 8-də Bakı və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Temperaturun gecə 0-2, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 5-10 dərəcə şaxta, dağlıq ərazilərdə 9-12 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta, Mərkəzi Aran rayonlarına gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR