Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb - VİDEO - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 17 sentyabr 2015 08:16 (UTC +04:00)

Bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri orada ölüb.

Xəstəxanadan onu da bildiriblər ki, oraya yerləşdirilən digər yaralıların vəziyyəti orta-ağırdır.

***

10.42

Bakı. Fərid Mirzəyev - APA. Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında iki nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə APA-ya Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Nazirlikdən onu da qeyd ediblər ki, Bakıdan hadisə yerinə həkim briqadaları cəlb olunub. Yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğu üçün əməliyyat olunur.

***

09.48

Bakı. Cavid Zeynalov – APA. Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR