İstanbulda polis “Zaman” qəzetinin redaksiyası qarşısında barrikada qurur

İstanbulda polis “Zaman” qəzetinin redaksiyası qarşısında barrikada qurur
# 05 mart 2016 15:56 (UTC +04:00)

Bakı-APA. İstanbulda polis “Zaman” müxalif yönümlü qəzetin redaksiyası qarşısında dəmir çəpərlərdən post quraşdırıb, binanın girişində isə polis postu yaradılıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, nəşrin bu günkü ingilisdilli buraxılışının manşet məqaləsi qara zolaqla və “Türkiyənin azad mətbuatı üçün rüsvayçı gün” sərlövhəsi ilə çapdan çıxıb.

Qeyd edək ki, martın 5-nə keçən gecə polis “Zaman” qəzetinin ofisində axtarış keçirib. Redaksiyanın qarşısında nəşri dəstəkləyən etirazçılar və polis qüvvələri arasında qarşıdurma baş verib. Polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, İstanbul məhkəməsi “Zaman” qəzetini idarə edəcək himayəçiləri təyin edib. Jurnalistlər bu qərarın qəzetin bağlanması ilə nəticələnəcəyini hesab edirlər.

Bundan əvvəl, martın 2-də “Koza-İpek” holdinqinə daxil olan “Kanaltürk” və “Bugün TV” telekanalları, “Bugün Gazetesi” və “Millet Gazetesi” nəşrləri, habelə “Kanaltürk Radyo” radiostansiyası fəaliyyətini dayandırıb. Holdinqi idarə edən himayəçilər rəsmi bəyanatda qeyd olunan KİV-lərin bağlanılmasını onların rentabelli olmaması ilə əlaqələndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR