Şəmkir sakini odlu silahla yaralanıb

Şəmkir sakini odlu silahla yaralanıb
# 28 sentyabr 2016 01:15 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli-APA. Şəmkir rayon sakini odlu silahdan açılan atəş nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun xəbərinə görə, rayonun Yeni Həyat kənd sakini 1975-ci il təvəllüdlü Fəxrəddin Aslanov sağ pəncənin dəlib deşmiş odlu silah yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Yaxınlarının sözlərinə görə, F.Aslanov sərxoş vəziyyətdə ehtiyatsızlıqdan odlu silahdan atəş açaraq, özü-özünə xəsarət yetirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR