Fransız-Azərbaycan Universitetinin açılış mərasimi keçirilib

Fransız-Azərbaycan Universitetinin açılış mərasimi keçirilib
# 15 sentyabr 2016 09:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sentyabrın 15-də Fransız-Azərbaycan Universitetinin (UFAZ) açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Fransanın Təhsil Nazirliyinin Avropa, beynəlxalq əlaqələr və əməkdaşlıq nümayəndəliyinin rəhbəri Marian Brunhof, Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fransis Kern, UFAZ-ın professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

Təhsil naziri həyata keçirilən islahatların təhsilin bütün pillə və səviyyələrində keyfiyyət dəyişikliyinə səbəb olduğunu bildirib, qeyd edib ki, ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, I qrup üzrə 500-dən artıq bal toplamış 300-ə yaxın abituriyentin qatıldığı imtahanın nəticələrinə görə 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 23 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.

Bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə gerçəkləşdirilən UFAZ layihəsi iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələdir.

Qeyd edək ki, Fransa prezidentinin Azərbaycana səfəri zamanı iki ölkən arasında imzalanmış universitet əməkdaşlığı sahəsində niyyət məktubu və “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə sərəncamına əsasən, UFAZ layihəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR