Rusiyada zəlzələ olub

Rusiyada zəlzələ olub
# 20 mart 2016 22:30 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Kamçatka diyarında 4,4 bal gücündə zəlzələ baş verib.


APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Yelizovo şəhərindən 180 km şimalda, ocağı isə 170 km dərinlikdə yerləşib.


Dağıntı və zərərçəkən yoxdur. Sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR