Müdafiə Nazirliyinin feysbuk səhifəsi fəaliyyətə başlayıb

Müdafiə Nazirliyinin feysbuk səhifəsi fəaliyyətə başlayıb
# 05 aprel 2016 11:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Feysbuk sosial şəbəkəsində Azərbaycan Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər: https://www.facebook.com/www.mod.gov.az

Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin adına feysbuk sosial şəbəkəsində digər səhifələr açmış şəxslərə məlumatların bir mənbədən yayılması və mümkün dezinformasiyanın qarşısının alınması məqsədilə onların tez bir zamanda bağlanılması tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR