Dövlət tərəfindən şəxsi məlumatların qeydiyyata alınması qaydalarına dəyişikliklər edilir

Dövlət tərəfindən şəxsi məlumatların qeydiyyata alınması qaydalarına dəyişikliklər edilir
# 08 sentyabr 2016 15:08 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda şəxslə bağlı Dövlət Reyestrinə daxil edilən məlumatlarda yaş məhdudiyyəti dəyişdirilir və bəzi qaydalarda yeniliklər edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” qanuna dəyişikliklər təklif olunub. Təklifə əsasən reyestrə daxil edilən məlumatlar siyahısında 16 yaşına yox, artıq 15 yaşına çatmamış şəxsin doğum haqqında şəhadətnaməsinin, o cümlədən şəxsiyyət vəsiqəsinin yox, artıq fərdi identifikasiya kartının nömrələri, fotosu tələb olunacaq. Bometrik məlumatlar (qan qrupu, gözlərinin rəngi, boyu) tələbində də 16 yaş yox, 15 yaşa çatmış şəxsin məlumatları tələb ediləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR