AZAL: Martın 27-dən uçuşlar bir saat tez yerinə yetiriləcək

AZAL: Martın 27-dən uçuşlar bir saat tez yerinə yetiriləcək
# 17 mart 2016 12:00 (UTC +04:00)

Bakı - APA-Economics. Nazirlər Kabinetinin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərarı ilə əlaqədar olaraq 27 mart 2016-cı il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin uçuş cədvəlinə düzəliş olunacaq.

AZAL-ın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, aviaşirkətin bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.

Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.

AZAL-ın bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək.



Hər hansı bir sual yarandığı təqdirdə (+99412) 598-88-80 və ya *8880 telefon nömrələri ilə əlaqə saxlamaq, və ya [email protected] elektron poçtuna yazmaq xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR