Manat əsas ticarət tərəfdaşlarımızın valyutasına qarşı ucuzlaşıb

Manat əsas ticarət tərəfdaşlarımızın valyutasına qarşı ucuzlaşıb
# 22 sentyabr 2016 07:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 21-i ilə müqayisədə dəyişməyərək 1,6331 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,64% möhkəmlənərək 1,8292 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 1,59% bahalaşaraq 0,0256 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi isə 1% bahalaşaraq 0,5525 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1318 manatdır. Beləliklə, funt sterlinq 0,68%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,23% ucuzlaşaraq 0,7054 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR