Qazaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Qazaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 09 iyul 2016 08:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF iyunun 30-da Qazax rayonunun Qazaxbəyli kəndində işgüzar forum keçirib.

Forumda sahibkarlardan ixtisaslaşdırılmış yaşıl market, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı müəssisəsinin), ət kəsimi və pendir istehsalı müəssisələrinin və 3 ulduz otelin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR