"Bölgələrdən paytaxta” layihəsinin növbəti təqdimatı Xaçmaz şəhərinə həsr olunacaq

"Bölgələrdən paytaxta” layihəsinin növbəti təqdimatı Xaçmaz şəhərinə həsr olunacaq
# 16 oktyabr 2015 14:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsinin növbəti təqdimatı Xaçmaz şəhərinə həsr olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə oktyabrın 19-da Gənc Tamaşaçılar Teatrında keçiriləcək.

Qeyd edək ki, “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı və Şəmkir rayonlarının Bakı şəhərində təqdimatları keçirilib. İlin sonunadək Zaqatala rayonuna və Gəncə şəhərinə həsr edilmiş tədbirlərin təşkili nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR