"Şahdağ" Turizm Mərkəzini 75 000-dən çox turist ziyarət edib

"Şahdağ" Turizm Mərkəzini 75 000-dən çox turist ziyarət edib
# 06 aprel 2016 12:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. "Şahdağ" Turizm Mərkəzi qış mövsümünü bağlı elan edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazirliyin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzində qış mövsümü ənənəvi olaraq dekabr ayından aprel ayına kimi davam edir.

Bu mövsüm ərzində turizm mərkəzini 75 000-dən çox turist ziyarət edib. Gələn qonaqların 40 faizinin xizək sürmək üçün mərkəzə üz tutduğu müəyyən olunub.

"Şahdağ" Turizm Mərkəzinin regional olaraq tanıdılması və əcnəbi turistlərin cəlb edilməsi məqsədilə bu mövsüm ərzində bir neçə xarici turizm şirkətləri üçün info-turlar təşkil olunub, Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak edilib. Turizm mərkəzində yay mövsümü üçün hazırlıqlara start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR