Bank Of Baku

ABŞ-da FTB direktorunun vəzifədən uzaqlaşdırılması müzakirə olunur

Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel

© APA | Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel

# 03 aprel 2026 07:16 (UTC +04:00)

ABŞ administrasiyasında yeni kadr dəyişiklikləri gözlənilir.

Bu barədə "The Atlantic" jurnalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel, quru qoşunları naziri Deniel Driskoll və əmək naziri Lori Çaves-Derimerin vəzifədən uzaqlaşdırılması ehtimalı müzakirə olunur.

Bildirilib ki, prezident Donald Tramp bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul etməyib.

Nəşr qeyd edir ki, əvvəllər aralıq seçkilərə qədər belə dəyişikliklər planlaşdırılmırdı, lakin İrana qarşı müharibədən sonra prezidentə dəstəyin azalması siyasi hesablamaları dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR