Bank Of Baku

ABŞ-də sunami təhlükəsi ilə bağlı edilən xəbərdarlıq ləğv edilib - YENİLƏNİB-1

ABŞ-də sunami təhlükəsi ilə bağlı edilən xəbərdarlıq ləğv edilib - YENİLƏNİB-1
# 05 dekabr 2024 23:56 (UTC +04:00)

ABŞ-də baş verən 7 ballıq zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı edilən xəbərdarlıq ləğv edilib.

APA xəbər verir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer İdarəsi məlumat yayıb.

***
23:45

ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) 7 bal gücündə zəlzələdən sonra Kaliforniya sahillərində sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

APA xəbər verir ki, xəbərdarlıq Şimali Kaliforniyaya, o cümlədən San-Fransisko şəhərinə, eləcə də qonşu Oreqon ştatının sahillərinə aid edilib.

***
23:14

ABŞ-nin Kaliforniya ştatında 7 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə, ocağı isə 14 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR