Bank Of Baku

ABŞ Dövlət Departamenti Ukraynada əsir düşən Çin əsgərləri ilə bağlı məlumatı şərh edib

ABŞ Dövlət Departamenti Ukraynada əsir düşən Çin əsgərləri ilə bağlı məlumatı şərh edib
# 09 aprel 2025 00:34 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Çin əsgərlərinin Ukraynada əsir düşməsi ilə bağlı məlumatı şərh edib.

APA "The Independent"ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Temmi Bryus mətbuat konfransında danışıb.

“Çin əsgərlərinin əsir düşməsi bizi narahat edir. Bizə, Ukraynanın Rusiyanın tərəfində döyüşən iki Çin vətəndaşını əsir götürdüyü barədə məlumat daxil olub. Çin, Ukraynada baş verən müharibədə Rusiyanın əsas müttəfiqidir”, - Bryus qeyd edib.

Onun sözlərinə görə, Çin Rusiyanın müharibəni davam etdirmək üçün ehtiyac duyduğu ikili təyinatlı maddələrin təxminən 80 faizini təmin edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR