Bank Of Baku

ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib

ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib
# 07 noyabr 2026 05:08 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Yaxın Şərqdə yaşayan və səfərdə olan amerikalıları mümkün hücumlar və təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı ehtiyatlı olmağa çağırıb.

APA xəbər verir ki, qurum amerikalılara husilər və İran tərəfindən mümkün hücum təhlükəsinə görə maksimum dərəcədə ehtiyatlı davranmağı tövsiyə edib.

Xəbərdarlıqda qeyd olunub ki, regionda gərginliyin artması nəticəsində aviareyslər ləğv edilə, hava məkanı bağlana və digər nəqliyyat problemləri yarana bilər.

Amerikalılara hava limanlarının və aviaşirkətlərin məlumatlarını izləmək, həmçinin mümkün fövqəladə vəziyyətlər üçün əvvəlcədən fəaliyyət planı hazırlamaq tövsiyə olunub.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, İran və onun dəstəklədiyi qruplaşmalar xaricdəki ABŞ maraqlarını, ABŞ-la əlaqəli obyektləri, şirkətləri və digər qurumları hədəfə ala bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR