ABŞ Hərbi Dəniz Qüvvələri Ərəb dənizində helikopter qəzasından sonra itkin düşən hərbçinin aktiv axtarışlarını dayandırıb.
APA xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının “X” sosial şəbəkəsində yayılan məlumatında bildirilib.
“ABŞ Hərbi Dəniz Qüvvələri iyulun 5-dən etibarən dənizçinin aktiv axtarışlarını dayandırıb. Hərbçi iyulun 1-də MH-60S helikopterinin Ərəb dənizinə düşməsindən sonra itkin düşmüş hesab olunur”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, iyulun 1-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "MH-60S Seahawk" helikopteri Ərəb dənizinə məcburi eniş edib, ekipaj üzvlərindən biri itkin düşüb.