Bank Of Baku

ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır

ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
# 17 sentyabr 2026 23:55 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp administrasiyası kibertəhlükəsizlik sahəsində tədqiqatlara investisiya yatırılması və hökumətin ehtiyacları üçün texnologiyalar hazırlayacaq startapların yaradılmasına yönəlmiş inkubatorun təsis edilməsi imkanını nəzərdən keçirir.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Evin kibertəhlükəsizlik idarəsi ABŞ hökumətinin prioritetlərinə uyğun kibertexnologiyalar üzrə elmi-tədqiqat proqramının yaradılmasını nəzərdə tutan icra fərmanı layihəsi hazırlayır.

Proqramın həyata keçirilməsinə özəl investorların da cəlb olunması planlaşdırılır.

Fərman layihəsi, həmçinin bu sahədə mütəxəssislər üçün mövcud olan bir neçə dövlət proqramını birləşdirəcək kibertəhlükəsizlik akademiyasının yaradılmasını nəzərdə tutur.

“Bloomberg” qeyd edib ki, Trampın fərmanı imzalayıb-imzalamayacağı və bunun nə vaxt baş verə biləcəyi hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR