ABŞ hökuməti Ukraynaya ABŞ silahlarının alınmasını nəzərdə tutan PURL (Prioritised Ukraine Requirements List) proqramına daha çox vəsait ayırmaları üçün NATO-dan olan müttəfiqlərinə müraciət etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Vaşinqtonun maliyyələşmənin artırılması ilə bağlı müraciəti artıq noyabr ayında edilə bilər.
Söhbətin hansı məbləğdən getdiyi hələ məlum deyil. Lakin satışına artıq razılıq verilmiş silahların dəyəri ilə daxil olan vəsait arasındakı fərq təxminən 2 milyard dollar təşkil edir.
Qeyd edək ki, Kiyev Qərb ölkələrindən hərbi yardımın və silah tədarükünün artırılmasını tələb edir. Moskva isə dəfələrlə bildirib ki, Qərbin Ukraynaya silah göndərməsi və ukraynalı hərbçilərin təliminə kömək etməsi münaqişəni uzadır, lakin cəbhədəki vəziyyəti dəyişmir.