Bank Of Baku

ABŞ ordusu Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib

ABŞ ordusu Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
# 15 mart 2025 22:45 (UTC +04:00)

ABŞ Yəməndə husilərin nəzarətində olan onlarla hədəfə irimiqyaslı zərbələr endirib.

APA xəbər verir ki, bu barədə “New York Times” iki yüksək rütbəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Zərbələrin ABŞ Prezidenti Donald Trampın əmri ilə həyatakeçirildiyi bildirilib.

Məlumata görə, ABŞ husi hədəflərinə radarları, hava hücumundan müdafiə sistemlərini və raket sistemlərini vuraraq iri hava və dəniz qüvvələrinə zərbələr endirib.

Zərbələrin husilərin hücumları nəticəsində pozulan Qırmızı dəniz gəmi yollarını yenidən açmaq məqsədi daşıdığı qeyd edilir.

ABŞ rəsmiləri bildiriblər ki, Trampın ikinci səlahiyyət müddətinin ən əhəmiyyətli hərbi əməliyyatı olan bombalanma həm də xəbərdarlıq siqnalı göndərmək məqsədi daşıyır.

Bildirilib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq, düşmənlərin qarşısını almaq və naviqasiya azadlığını bərpa etmək üçün Husi hədəflərinə bir sıra dəqiq zərbələr endirməyi nəzərdə tutur.

Husilərə məxsus “Al Masirah” telekanalı da paytaxt Səna şəhərinə zərbələr endirildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR