Bank Of Baku

ABŞ Prezidenti: Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 19 fevral 2025 06:05 (UTC +04:00)

Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu istəmir.

APA xəbər verir ki, Ağ Ev rəhbəri Donald Tramp bunu Mar-a-Laqodakı malikanəsində jurnalistlərə açıqlamasında bildirib.

“Onlar Kiyevi bombalamadılar, çünki düşünürəm ki, ora çoxlu raket atmaq istəmirlər. Bu prosesi cəmi 20% həyata keçirdilər, 100% yox. Əgər onlar bunu 100% etmək istəsəydilər, yəqin ki, bu, çox tez bir şəkildə baş verərdi. Amma Ukraynada elə şəhərlər var ki, onlar tamamilə dağıdılıb”, - Tramp vurğulayıb.

ABŞ Prezidenti Zelenskiyə də müraciət edərək, onun Ukraynanın danışıqlar masasına buraxılmaması ilə bağlı bəyanatını xatırladıb.

“3 ildir bu işlə məşğulsan. Bunu 3 il əvvəl bitirməliydin, heç başlamamalıydın. Razılaşa bilərdin”, - Ağ Ev rəhbəri deyib.

ABŞ Prezidentinin fikrincə, bu razılaşma Ukrayna şəhərlərinin toxunulmaz qalmasına, insan itkilərinin baş verməməsinə və ölkənin demək olar ki, bütün ərazilərini saxlamasına imkan verərdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR