Bank Of Baku

ABŞ rəsmiləri Rusiyaya qarşı atılacaq addımları müzakirə edəcək

ABŞ rəsmiləri Rusiyaya qarşı atılacaq addımları müzakirə edəcək
# 02 sentyabr 2025 04:53 (UTC +04:00)

Bu həftə ABŞ hökuməti Ukraynada davam edən münaqişə ilə əlaqədar Rusiyaya qarşı atıla biləcək bütün mümkün variantları çox yaxından öyrənməyi planlaşdırır.

APA xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

“Düşünürəm ki, prezident Trampla bütün variantlar masadadır və biz bu həftə onları çox diqqətlə araşdıracağıq”, - o bildirib.

Bessent əlavə edib ki, Rusiyaya qarşı atılacaq addımları nəzərdən keçirmək qərarı Rusiya prezidenti Vladimir Putinlə Trampın Alyaskada keçirilən görüşündən sonra Moskvanın Ukrayna ərazisinə zərbələri artırması ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR