Bank Of Baku

ABŞ Silahlı Qüvvələri İrana daha bir zərbə dalğasını başa çatdırıb - YENİLƏNİB

ABŞ Silahlı Qüvvələri İrana daha bir zərbə dalğasını başa çatdırıb - YENİLƏNİB
# 14 iyul 2026 07:34 (UTC +04:00)
0:00 / 0:00
80%

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) hərbçiləri İrana daha bir zərbə dalğasını başa çatdırıb.

APA xəbər verir ki, bu barədə qurumun "X" hesabında məlumat yayılıb.

Məlumata görə, beş saatlıq müddət ərzində CENTCOM İranın kommersiya gəmiçiliyinə zərbə endirmək imkanlarını daha da azaltmaq üçün Buşehr, Çabahar, Cask, Konarak, Əbu-Musa adası və Bəndər-Abbasa zərbələr endirib.

Əməliyyat zamanı CENTCOM İranın sahil müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatlarına və dəniz infrastrukturuna qarşı dəqiq idarə olunan sursatlardan istifadə edib.

Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib. CENTCOM bildirib ki, Amerika qüvvələri yüksək döyüş hazırlığı səviyyəsini qoruyur və təyin olunmuş tapşırıqları yerinə yetirməyə hazırdır.

***
01:25

ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasına başlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Bu gün ABŞ-ın şərq sahili vaxtı ilə saat 16:45-də Ali Baş Komandanın əmri ilə CENTCOM ardıcıl üçüncü gecə İrana zərbələr endirməyə başlayıb”, - deyə komandanlığın "X" hesabında paylaşım edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR