Bank Of Baku

Ağ Ev: Rusiya 50 gün ərzində razılaşmaya getməsə, ABŞ sanksiyalar tətbiq edəcək

Ağ Ev: Rusiya 50 gün ərzində razılaşmaya getməsə, ABŞ sanksiyalar tətbiq edəcək
# 17 iyul 2025 23:24 (UTC +04:00)

Rəsmi Moskva 50 gün ərzində Ukrayna ilə bağlı atəşkəsə razılaşmazsa və ya siyasi razılıq əldə olunmazsa, ABŞ administrasiyası Rusiyaya qarşı yeni ticarət rüsumları və sanksiyalar tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit brifinqdə bildirib.

“Əgər bu müddət ərzində Rusiya danışıqlara getməzsə, onunla neft ticarəti aparan ölkələrə qarşı da sanksiyalar qüvvəyə minəcək. Bu isə, təbii ki, Rusiya iqtisadiyyatına ciddi zərbə olacaq”, – deyə Levit vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu müharibənin diplomatik yolla başa çatmasını istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR