Bank Of Baku

Ağ Ev: Tramp gələn həftə Vaşinqtonda Zelenski ilə görüşəcək

Ağ Ev: Tramp gələn həftə Vaşinqtonda Zelenski ilə görüşəcək
# 25 iyul 2026 00:36 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp gələn həftə Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

“Reuters”in yaydığı məlumata görə, Ağ Ev rəsmisi görüşün çərşənbə axşamı keçiriləcəyini bildirib.

Zelenskinin səfəri Trampın iş qrafikinin yekun təsdiqindən asılıdır.

Görüş ABŞ və Ukrayna rəsmilərinin Rusiya prezidenti Vladimir Putinə təqdim olunacaq hava məkanında atəşkəs təklifi üzərində işlədiyi vaxta təsadüf edir.

Bundan əvvəl oxşar təşəbbüslər Moskva tərəfindən rədd edilsə də, Ukraynanın son hücumlarının Rusiyaya təzyiqi artırdığı bildirilir.

“Reuters” yazır ki, Zelenski Vaşinqtona səfəri çərçivəsində Ukraynanın fəal tərəfdarlarından olmuş, bu yaxınlarda vəfat edən amerikalı senator Lindsi Qrehemin dəfn mərasimində də iştirak etməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR