Bank Of Baku

Ağ ev yaxınlığında atışma olub, silahlı şəxs güllələnib

Ağ ev yaxınlığında  atışma olub, silahlı şəxs güllələnib
# 09 mart 2025 17:03 (UTC +04:00)

Bu gün səhər saatlarında Ağ ev yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə silahlı şəxs arasında atışma olub.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Həmin vaxt Prezident Donald Tramp Ağ evdə deyil, Floridada iqamətgahında olub.

Qeyd edilib ki, xüsusi xidmət orqanları bir şəxsin İndianadan Vaşinqtona gəldiyi, intihar etmək niyyətində olduğu barədə məlumat alıb. Həmin şəxsin avtomobili Ağ Evin yaxınlığında aşkarlanıb. Polis yaxınlaşan zaman isə atəş açmağa başlayıb.

Atışma nəticəsinə yaralanan şəxs xəstəxanaya yerləşdirilib, sağlıq durumu açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR