Bank Of Baku

Alyaskada itmiş təyyarədə olan şəxslərin hamısı həlak olub

Alyaskada itmiş təyyarədə olan şəxslərin hamısı həlak olub
# 08 fevral 2025 08:00 (UTC +04:00)

Cümə axşamı Alyaska üzərində radarlardan itən “Bering Air” təyyarəsində olan 10 nəfərin hamısı həlak olub.

APA xəbər verri ki, bu barədə cümə günü “Associated Press” ABŞ Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Unalaklitdən Noma uçan təyyarənin göyərtəsində 9 sərnişin və bir pilot olub.

ABŞ-ın NBC televiziya şirkəti, təyyarənin qalıqlarının Nom şəhərindən 34 mil (54,7 km) cənub-şərqdə aşkar edildiyi xəbərini yayıb.

Qeyd edək ki, bu, iki həftədən az müddətdə ABŞ-da baş verən artıq üçüncü ciddi aviaqəzadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR