Səttar Mehbalıyev: “Həmkarlar təşkilatına edilən müraciətlərin əksəriyyəti yardımla bağlıdır”

Səttar Mehbalıyev: “Həmkarlar təşkilatına edilən müraciətlərin əksəriyyəti yardımla bağlıdır”
# 07 aprel 2017 15:07 (UTC +04:00)

“Həmkarlar təşkilatına ildə 400-500 mindən çox ərizə daxil olur. Bu ərizələrin əksəriyyəti yardımla bağlıdır. Həmkarlar təşkilatının verdiyi yardımlar vergiyə cəlb olunmur, qurumun xüsusi vəsait bölməsi var”.

APA-Economics”in məlumatına görə, bunu Bu gün Milli Məclisin plenar iclasında “Banklar haqqında” qanuna dəyişikliklərə dair qanun layihələrinin müzakirəsi zamanı Həmkarlar Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib.

O, həmkarlar təşkilatına müraciət edən şəxslərə yardım edə bilməməkdən şikayətlənib: “Əvvəllər yardımla əlaqədar vəsaiti bankdan götürürdük, poçt vasitəsi ilə vətəndaşın adına göndərirdik. İndi Bakıya xəstə gətirir və ya rayondan yazır. Mən onun kartının nömrəsini haradan götürüm, ona necə yardım göstərim? Bu məsələyə aydınlıq gətirilməlidir. Həmkarlar təşkilatı banklardan vəsait götürüb camaata yardım edə bilmir. Bu isə insanlarda narazılıq yaradır. Xahiş edirəm, mənə yazılı cavab verin”.

Milli Məclisin sədri Oqtay Əsədov isə S. Mehbalıyevə yazılı cavab veriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR