“BakuBus”ın sürücüsü sərnişinin həyatını xilas edib - VİDEO

“BakuBus”ın sürücüsü sərnişinin həyatını xilas edib  - <span style="color: red;">VİDEO
# 27 yanvar 2017 13:33 (UTC +04:00)

“BakuBus”ın sürücüsü sərnişinin həyatını xilas edib.

APA-nın məlumatına görə, hadisə dünən paytaxtın Tibilisi prospektində, "Chirag" Plazanın qarşısında qeydə alınıb. Avtobus sürücüsünün səyi nəticəsində epilepsiya keçirən gənc oğlanın həyatı xilas edilib.

“BakuBus” hadisə anının görüntülərini APA-ya təqdim edib.

“BakuBus”ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev APA-ya açıqlamasında bildirib ki, hadisə avtobus dayanacağa yaxınlaşdığı zaman orta qapının qarşısında baş verib: “Sürücü verilmiş təlimata uyğun olaraq dərhal avtobusu təhlükəsiz yerdə park edərək, hadisəyə müdaxilə edib. O, əvvəlcə sərnişinin yıxıldığını və huşunu itirdiyini nəzərə alaraq onu qapının ağzına gətirib və normal hava alması üçün digər sərnişinlərin kənarlaşmasını xahiş edib. Daha sonra isə avtobusda yerləşən ilk tibbi yardım vasitələrindən istifadə edərək huşunu itirmiş sərnişinə yardım göstərilib. Təcili tibbi yardım xidməti çağırıldıqdan sonra sərnişinin ayıq vəziyyətdə qalması üçün ona zəruri olan ilk tibbi yardımı davam etdirilib.

M. Piriyev onu da qeyd edib ki, “BakuBus” MMC-də sürücü işləmək üçün müraciət edən bütün şəxslər sürücü vəzifəsinə işə qəbul olmazdan əvvəl əgər normativlərə cavab verirsə, xüsusi kurslara cəlb olunur, onlara nəzəri və praktiki dərslər keçirilir: “Eyni zamanda bütün avtobuslarımızın salonunda, sürücü kabinəsində sürücünün yaddaş kitabçası var ki, orada da əvvəlcədən onlara öyrədildiyi kimi, qəza, fövqəladə hadisə və ya bədbəxt hadisələr zamanı ilk olaraq hansı hərəkətləri etmək və istənilən halda zərərçəkənə ilkin tibbi yardımın göstərilməsi qaydaları əyani şəkildə əks olunub.Konkret hadisəyə gəldikdə, sürücü öz vəzifənin məsuliyyətindən irəli gələn xidməti və vətəndaşlıq borcunu layiqincə yerinə yetirib, sərnişinin həyatını xilas edib”.

“Bu hadisə eyni zamanda göstərir ki, artıq sürücülər təkcə avtobusu idarə etməklə yox, eyni zamanda sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün çalışan, avtobusun salonuna nəzarət etməyi bacaran və idarə edən onlarla sivil münasibət quran, zərurət yarandıqda sərnişinlərə köməklik göstərən, dövrün tələblərinə cavab verən sürücü olmalıdır. Həm də sürücülər sərnişindaşıma xidməti sahəsində mövcud qanunvericiliyi, özünün və sərnişinlərin məsuliyyətini, hüquq və vəzifələrini bilməlidir. Bizim “BakuBus” olaraq qarşımıza qoyduğumuz əsas hədəflərdən biri də bütün sürücülərimizin bu səviyyədə xidmət göstərməsini təmin etmək və onların professionallığını daha da artırmaq üçün zəruri addımlar atmaqdır”, - deyə M. Piriyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR