Bakıda “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilir
# 05 mart 2019 10:53 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Bakıda “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilir.

ONA-nın xəbərinə görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, ABŞ-ın “Etnik Anlaşma Fondu”nun prezidenti ravvin Mark Şnayer, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, “İqls Vinqs” təşkilatının qurucusu və rəhbəri Yepiskop Robert Störns, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibəyli, Milli Məclisin deputatları Mixail Zabelin, Yevda Abramov, eləcə də ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak edir.

Konfransı açıq elan edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mübariz Qurbanlı deyib ki, Azərbaycan özünəməxsus dövlət-din modelinə malikdir. Azərbaycan dinlərin, mədəniyyətlərin qovşağı olan bir dövlət kimi dünyaya öz modelini göstərib və mədəniyyətlər, dinlərarası münasibətlərin həyata keçirilməsində mühüm rol oynayır: "Bakı şəhəri bu müzakirələrdə mərkəz şəhər kimi çıxış edir. Bu gün Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib, onlardan 32-si xristian, yəni qeyri-müsəlman dini icmalardır. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır, yerdə qalan 4 faiz müxtəlif dini konfessiyaları özündə əks etdirir və onların Azərbaycanda hərtərəfli fəaliyyəti üçün hər şərait yaradılıb. Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır, bəlkə də bu ölkələrdən birincisidir. Azərbaycan müxtəlif dinlərin, sivilizasiyaların qovşağında yerləşən ölkədir. Bu xüsusiyyətimiz xalqımızın xarakterində, tarixində əksini tapıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR