Salyanda güllə yarası alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Salyanda güllə yarası alan şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 30 mart 2018 22:02 (UTC +04:00)

Salyanda “Şirvan” milli parkı yaxınlığında ov tüfəngindən açılan atəş nəticəsində yaralanan şəxsin kimliyi bilinib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu, parkın əməkdaşı, Salyan rayon sakini 1961-ci il təvəllüdlü Xalıqov İltifat Şirəli oğludur.

Onun həyatına təhlükə olmadığı bildirilir. Faktla bağlı araşdırma davam etdirilir.

***

23:36

Salyan rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Salyan rayonu ərazisində, “Şirvan” milli parkı yaxınlığında qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İnsidentin təfərrüatları müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR