“AzSığorta” ötən il aktivlərini artırıb

“AzSığorta” ötən il aktivlərini artırıb
# 31 mart 2018 09:12 (UTC +04:00)

“AzSığorta” ASC ötən il aktivlərini artırıb.

APA-Economics” xəbər verir ki, “AzSığorta”nın məcmu aktivləri 2016-cı illə müqayisədə 1% artaraq 61 mln. 9,719 min manat olub.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 7 mln. 442,234 min manat, qısamüddətli aktivləri 53 mln. 567,484 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 15,17% artaraq 31 mln. 126,413 min manat olub. 2017-ci ilin sonuna şirkətin uzunmüddətli öhdəlikləri 30 mln. 882,106 min manat, qısamüddətli öhdəlikləri isə 244,307 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 20 mln. 300 min manat, cəmi kapitalı isə 10,63% azalaraq 29 mln. 883,305 manat təşkil edib.

2017-ci ildə “AzSığorta”nın cəmi gəlirləri 31 mln. 325 min 91,31 manat, cəmi xərcləri 34 mln. 389 min 757,69 manat olub.

Şirkət ötən ili 3 mln. 64 min 666,38 manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR