® “BirLink” ilə ayda 15 manata ən son texnologiyadan yararlanın

<font color=red>® </font> “BirLink” ilə ayda 15 manata ən son texnologiyadan yararlanın
# 21 noyabr 2017 07:39 (UTC +04:00)

Ölkəmizdə telekommunikasiya sahəsinin ən müasir, rəqibsiz texnologiyası üzərindən qurulan Birlink brendi geniş xidmətlər paketini təklif edir.

Azərbaycanda telekommunikasiya sahəsində 2009-cu ildən fəaliyyət göstərən və sistem inteqrasiya kimi korporativ həllər paketi təklif edən Enginet şirkəti daim innovativ layihələri ilə seçilib. Bu kimi layihələrdən biri və ən uğurlusu “BirLink” brendidir.

Şirkət, Azərbaycanda ilk dəfə olaraq telekommunikasiya texnologiyasının pik nöqtəsi olan FTTH (Fiber To The Home) texnologiyasını “BirLink” brendi altında təqdim edir. Brendin bazarda liderliyini və yüksək keyfiyyətini qorumağına səbəb olan unikal özəlliyi digər optik internet provayderlərindən fərqli olaraq FTTB (Fiber To The Building) deyil, FTTH texnologiyası ilə internetin optik xətt vasitəsilə hər müştərinin evinə fərdi olaraq verilməsidir ki, bu da keyfiyyətin daim yüksək olmağının zəmanətidir.

BirLink brendi innovativliyini xidmət keyfiyyətini daima yüksək saxlayır. Brend müştərilərini düşünərək gerçəkləşdirdiyi geniş xidmət paketləri isə aşağıdakılardır:

  • Fiber Optik İnternet – Həm evdə, həm də iş yerində kəsintisiz və yüksək keyfiyyətli 100 mb/s sürətədək internetdən istifadə imkanı;
  • IP TV - 160+ kanalların yüksək keyfiyyətdə istifadəsi;
  • Telefoniya - xüsusən də yeni tikililərdə ən böyük məsələlərdən biri şəhər telefonunun olmamasıdır ki, artıq biz buna da çarə tapmışıq;
  • Statik IP ünvan – Ev və ofislər üçün domofonların qoşulması və məsafədən idarə olunması;
  • Filtrasiya xidməti - Uşaqları internetin neqativ təsirlərindən qorumaq üçün valideynlərin istəyi ilə pornoqrafiya, zorakılıq, böyüklər üçün nəzərdə tutulmuş sosial şəbəkə və veb saytların filtrasiyası.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR