İran hərbçiləri Pakistan sərhədi yaxınlığında bir qrup terrorçu saxlayıb

İran hərbçiləri Pakistan sərhədi yaxınlığında bir qrup terrorçu saxlayıb
# 13 yanvar 2018 18:23 (UTC +04:00)

İran İnqilab Keşikçiləri Korpusu Pakistan sərhədi yaxınlığında “Cundullah” terror təşkilatının üzvlərini saxlayıblar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Sistan və Belucistan əyalətindəki Saravan şəhəri yaxınlığında baş verib. Məlumata görə, terrorçuların üzərindən partlayıcı qurğular, rabitə vasitələri götürülüb.

Saxlanılan silahlıların İran ərazisində terror aktları planlaşdırdığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR