FED rəhbəri istefa məktubunu yazıb

FED rəhbəri istefa məktubunu yazıb
# 21 noyabr 2017 07:37 (UTC +04:00)

Səlahiyyət müddəti 2018-ci ilin fevralın 4-də başa çatan ABŞ Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri Canet Yellen (Janet Yellen) istefa məktubunu yazıb.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampa ünvanlanan məktubda C.Yellen qlobal maliyyə böhranı şəraitində ölkə iqtisadiyyatında irəliləyişə nail olmaqdan məmnunluğunu ifadə edib: "Bundan öncəki 10 illə müqayisədə iqtisadiyyatımız daha güclü, qarşılaşa biləcəyimiz qeyri-müəyyənliklərə daha dayanıqlıdır. ABŞ vətəndaşlarının və şirkətlərinin gözləntilərini doğrultmağa nal olduğumuz üçün çox məmnunam".

FED rəhbəri inanır ki, onu bu vəzifədə əvəzləyəcək Cerom Pauell (Jerome Powell) işinə bağlı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR