Şabranda anbarda yanğın olub

Şabranda anbarda yanğın olub
# 08 iyul 2018 15:17 (UTC +04:00)

Bu gün Şabran rayonunun Dəvəçi kəndində ümumi sahəsi 300 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə və yaxınlıqdakı əraziyə yığılmış 3 ton ot bağlaması yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, anbarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR