Bakının ticarət dövriyyəsi 3,6% artıb

Bakının ticarət dövriyyəsi 3,6% artıb
# 19 dekabr 2019 17:05 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Bakının ticarət dövriyyəsinin həcmi 3,6% artaraq 18 655,3 mln. manat olub.

Bakı Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən dövr ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artaraq 8 531,2 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4% artaraq 10 124,1 mln. manata bərabər olub.

"İstehlak məhsullarının 28,9% hüquqi şəxs statuslu müəssisələrdə, 48,2% fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,9% isə paytaxtın məhsul bazarlarında satılıb", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR