2025-ci ildə dünyada 907 humanitar yardım əməkdaşı öldürülüb, yaralanıb və ya qaçırılıb.
APA xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.
Məlumata görə, Qəzza 186 yardım əməkdaşının öldürülməsi ilə ardıcıl üçüncü il bu sahədə ən çox itkinin qeydə alındığı bölgə olub.
Siyahıda ikinci yerdə 71 humanitar yardım əməkdaşının öldürüldüyü Sudan qərarlaşıb.
Təşkilat həmçinin bildirib ki, 2026-cı ilin əvvəlindən indiyədək dünyada 82 yardım əməkdaşı öldürülüb.