Məmmədyarov Xəzəriyanı ölkələrin XİN rəhbərlərinin görüşündə iştirak üçün Rusiyaya gedib - YENİLƏNİB

Məmmədyarov Xəzəriyanı ölkələrin XİN rəhbərlərinin görüşündə iştirak üçün Rusiyaya gedib - <span style="color: red;">YENİLƏNİB
# 04 dekabr 2017 07:57 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində Elmar Məmmədyarovun çıxışı nəzərdə tutulub.

***

10.35

Dekabrın 4-5-də Moskvada Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.

APA-nın məlumatına görə, iclasda Xəzərin hüquqi statusunu müəyyənləşdirəcək Konvensiyanın maddələri müzakirə ediləcək.

Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici siyasət idarələri başçılarının budəfəki görüşü sayca yeddinci olacaq. Nazirlər əsas diqqəti Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya, habelə Xəzərdə iqtisadiyyat, nəqliyyat, hərbi dənizçilik, brakonyerliyə qarşı mübarizə, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi sahələrində əməkdaşlıq və bəzi başqa məsələləri tənzimləyən sənədlər üzərində cəmləşdirəcəklər.

Müşavirədə ən aktual regional və beynəlxalq problemlərə dair fikir mübadiləsi aparılacaq. Əsas vəzifə Qazaxıstanda keçiriləcək 5-ci Xəzər sammitinə hazırlıq olacaq.

Qeyd edək ki, Xəzərin hüquqi statusuna dair Konvensiyanın gələn il imzalanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR