Bank Of Baku

BVF Ukraynaya 400 milyon dollarlıq növbəti tranşın ayrılmasını təsdiqləyib

BVF Ukraynaya 400 milyon dollarlıq növbəti tranşın ayrılmasını təsdiqləyib
# 29 mart 2025 02:18 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası ölkənin yeddinci iqtisadi icmalı çərçivəsində Ukrayna ilə sazişləri təsdiqləyib və bu sazişlərə əsasən, Kiyev 2023-cü ilin martında təsdiq edilmiş Genişləndirilmiş Fond Proqramı (EFF) çərçivəsində daha 400 milyon dollar məbləğində tranş alacaq.

APA xəbər verir ki, bu barədə BVF-nin mətbuat xidmətinin bəyanatında deyilir.

“Bu gün BVF-nin İcraçı Direktorlar Şurası EFF-nin Ukrayna üzrə yeddinci baxışını başa çatdırıb və bu, Ukraynaya 400 milyon dollara yaxın vəsait ayırmağa imkan verib. Bu, büdcənin dəstəklənməsi üçün istifadə olunacaq”, - sənəddə deyilir.

Beləliklə, BVF-nin kredit proqramı üzrə ödənişlərin ümumi məbləği təxminən 10,1 milyard dollar təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR