Bank Of Baku

Çilidə yerləşən dünyanın ən quraq səhrasına qar yağıb

Çilidə yerləşən dünyanın ən quraq səhrasına qar yağıb
# 27 iyun 2025 05:59 (UTC +04:00)

Dünyanın ən quraq bölgəsi hesab olunan Aтакама səhrasına qar yağıb.

APA xəbər verir ki, bu barədə həmin ərazidə yerləşən ALMA rəsədxanasının "X" hesabında paylaşım edilib.

"Ən quraq səhrada - Atakama səhrasında qar yağıb", – deyə məlumatda bildirilir.

Qeyd olunub ki, bu cür intensiv qar yağıntısı bölgədə sonuncu dəfə 10 il əvvəl müşahidə olunub.

Atakama səhrası Çilinin şimalında, yüksək dağlıq ərazidə yerləşir. Səhrada yağıntının son dərəcə az olması onu astronomik müşahidələr və rəsədxanaların qurulması üçün ideal məkana çevirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR