Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
# 31 iyul 2017 08:16 (UTC +04:00)

Avqustun 1-dən Bakı şəhərinin ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017/2018-ci tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayacaq. APA-nın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva bildirib.

O qeyd edib ki, Bakı şəhərində məktəbəhazırlıq qruplarına avqustun 1-dən sentyabrın 18-dək mektebeqebul.edu.az elektron sistemlə ərizələrin onlayn qeydiyyatla aparılacaq: "Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək".

Xatırladaq ki, rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR