Məşhur futbolçunun ürəyində problem yaranıb

Məşhur futbolçunun ürəyində problem yaranıb
# 25 dekabr 2016 22:43 (UTC +04:00)

Futbol üzrə ABŞ millisinin və “Sietl Saunders” klubunun hücumçusu Klint Dempsi karyerasını bitirməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, bu barədə MLS təmsilçisinin baş direktoru Qart Laqerui “Fox Sport”a açıqlamasında məlumat verib.

O, ürəyində problem olan hücumçunun karyerasını davam etdirib-etdirməyəcəyinin məlum olmadığını deyib: “İndiki vəziyyətdə biz onun karyerasını davam etdirib-etdirməyəcəyini bilmirik, ancaq böyük ehtimalla Klint futbolla vidalaşacaq”.

33 yaşlı futbolçu ürəyində olan problemə görə bir müddətdi yaşıl meydanlardan kənarda qalıb. O, sonuncu dəfə bu ilin avqust ayında meydana çıxıb.

Qeyd edək ki, Dempsi karyerası ərzində “Fulhem”, “Tottenhem” kimi klubların da şərəfini qoruyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR